"Fransanın Ermənistana müdaxiləsi, silah satması və bu ölkə ilə birgə hərbi təlimlər keçirməsi narahatlıq doğurur”.

"Unikal" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin “X” hesabında yazıb:

"Sülh prosesini pozmaq üçün regiondankənar dövlətlərin müdaxiləsi ehtimalı Ermənistan və Azərbaycanın diqqət etməli olduğu narahatedici məqamlardan biridir. Fransanın Ermənistana müdaxiləsi, silah satması və bu ölkə ilə birgə hərbi təlimlər keçirməsi narahatlıq doğuran məsələlərdəndir”.