İran Ukrayna müharibəsində Rusiyanın istifadə edəcəyi yeni dron hazırlayır.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “Skynews” kanalı məlumat yayıb. Xəbərə görə İran hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı istifadə edəcəyi ehtimal edilən yeni pilotsuz uçuş aparatları hazırlayıb. Bildirilib ki, Şahid-107 kimi tanınan bu dronlar kamikadze növlüdür.

Məlumata görə, sözügedən PUA-lar yüksək keyfiyyətli döyüş hədəflərini tapmaq üçün lazımi texnologiya ilə təchiz edilib və bu səbəbdən Ukraynaya göndərilmiş ABŞ və Böyük Britaniya istehsalı olan çoxmərmili raket sistemləri ilə müqayisə oluna bilər. 

Sözügedən xəbər kanalı qeyd edib ki, Tehran 2 milyon dollarlıq müqavilə imzalayaraq həmin dronların bir qismini Moskvaya verə bilər.