Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun keçmiş həyat yoldaşının meyiti Moskvanın mərkəzindəki mənzildə tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Regnum” agentliyi məlumat yayıb.
“Yanvarın 10-da 54 yaşlı Daria Tolstoyun (Evenko) meyiti çarpayıda tapılıb.
Hadisə yerinə gələn polis əməkdaşları zorakılıqla ölüm əlaməti aşkar etməyiblər.
Nəşr yazıb ki, cütlük əvvəllər bu mənzildə birlikdə yaşayıb. 2016-cı ildə boşandıqdan sonra Tolstoy mənzili keçmiş həyat yoldaşına verib. 24 ildir evli olan, cütlüyün məşhur Alexandra da daxil olmaqla üç övladı var.