ABŞ-nin keçmiş prezidenti Donald Tramp təqsirsizliyini elan etmək, istintaqı saxtakarlıqda, Amerikanın hazırkı lideri Co Baydeni isə siyasi təqiblərdə ittiham etmək üçün məhkəmədə son sözdən istifadə edib.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, hakim Artur Enqoron ona "Trump Organization" şirkətinin aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıq işi üzrə məhkəmə iclasında çıxış etməyə icazə verib.
"Faktlar belədir: maliyyə hesabatları qüsursuzdur və əleyhimizə heç bir şahid yoxdur. Banklara bütün pulları ödənilib", - deyə Tramp bildirib.
Eks-prezident prosesi “cadugər ovu” adlandırıb və günahsız olduğunu və “prezidentliyə namizəd olan bir adam” tərəfindən təqib edildiyini bildirib:
"Burada baş verənlər mənə qarşı saxtakarlıqdır. Onlar əmin olmaq istəyirlər ki, mən bir daha qalib gələ bilməyəcəm, bu qismən seçkiyə müdaxilədir".
Nuranə Abbasova