Almaniya kansleri Olaf Şolts Almaniyanın Kottbus şəhərindəki zavoda səfəri zamanı tətil təşkil edən fermerlərin yanına getməkdən imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. 

“Şolts vaqon təmiri zavodunun qarşısında fermerlərin nümayişində çıxış etməkdən imtina edib. Onun partiya yoldaşı Ditmar Voydke bu işi öz üzərinə götürməli idi. Kanslerin iştirakı ilə müəssisənin rəsmi açılışı olub.

Yüzlərlə fermer kənd təsərrüfatı istehsalçılarına verilən müavinətlərin kəsilməsinə etiraz edib. Nümayişçilər aksiyanı Şoltsun gəlişi ilə eyni vaxta təyin ediblər. Alman qəzeti qeyd edir ki, etirazçılar kanslerin çıxışını hay-küylə boğmağa çalışıblar. “Hökumət başçısı gərgin anlar yaşayıb”.

2024-cü ildə Almaniyada ilk tətillərdən biri maaşların səviyyəsindən narazı olan qatar sürücüləri tərəfindən təşkil edilib . Etiraz hələ də davam edir və yalnız yanvarın 12-də başa çatacaq. Frankfurt-Mayndə Hessen Əmək Məhkəməsi nümayişin keçirilməsinə icazə verib.