Xəbər verdiyimiz kimi, ABŞ və tərəfdaşları Yəmənin müxtəlif bölgələrinə, o cümlədən paytaxt Sənadakı obyektlərə hava hücumları təşkil edib. 

"Unikal" xarici KİV-ə istinadən bildirir ki, Yəməndəki hədəflərə endirilən zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının bu gün təcili iclasının keçirilməsini istəyib. 

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin məlumatında deyilir: "Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə əlaqədar yanvarın 12-də BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib. Ssessiya Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq". 

Ağarza Elçinoğlu