ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R Seahawk helikopteri təlim zamanı qəzaya uğrayıb.

"Unikal" "Associated Press"ə istinadən xəbər verir ki, təyyarə Kaliforniya sahillərində Sakit okeanda qəzaya uğrayıb.

Hadisədən sonra altı ekipaj üzvü sahilə çıxarılıb. ABŞ qəzanın səbəbini müəyyən etmək üçün təhqiqata başlayıb.  

Gülayə Mecid