Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya gedəcək və Kiyevə yeni dəstək paketi təqdim edəcək.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

“Baş nazir bu gün yeni böyük dəstək paketini təqdim etmək və Böyük Britaniya ilə Ukrayna arasında sıx tərəfdaşlığı təsdiqləmək üçün Kiyevə səfər edəcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Böyük Britaniya növbəti maliyyə ilində Ukraynaya ayırdığı maliyyəni 2,5 milyard funt-sterlinqə çatdıracaq. Baş nazir və Vladimir Zelenski həmçinin Böyük Britaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair tarixi saziş imzalayacaqlar.

Gülayə Mecid