Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin abidəsi sökülüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, abidə Milli Müdafiə Universitetinin ərazisində yerləşirdi. Bu, universitetin adının dəyişdirilməsi ilə əlaqələnirilib. 

"azaxıstan Respublikası Müdafiə nazirinin əmri ilə Qazaxıstan Respublikasının Birinci Prezidenti adına Milli Müdafiə Universitetinin adı - Elbası Qazaxıstan Respublikasının Milli Müdafiə Universiteti adlandırılıb. Bununla əlaqədar olaraq universitetin ərazisində yerləşən Qazaxıstan Respublikasının birinci prezidentinin abidəsinin götürülməsi qərara alınıb", - deyə qeyd olunub. 

Abidənin muzeylərdən birinin ərazisinə köçürüləcəyi deyilir. 

Ağarza Elçinoğlu