ABŞ Konqresindəki respublikaçılar administrasiyanın immiqrasiya üzrə yüksək vəzifəli məmuruna qarşı impiçment proseduruna başlayıblar.

"Unikal" xəbər verir ki, bu addım xüsusilə ona görə diqqət çəkib ki, Senatda hər iki partiyanın nümayəndələri eyni vaxtda immiqrasiya qanunları ilə bağlı danışıqlar aparırlar.

Bu barədə “Amerikanın Səsi” məlumat yayıb.

Xüsusilə qeyd olunur ki, ABŞ prezidenti Co Baydenə qarşı davam edən impiçment prosesi kontekstində bu həftə Nümayəndələr Palatasının respublikaçıları daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış ediblər.

“Katib Mayorkas dəfələrlə Amerika xalqına və Birləşmiş Ştatlar Konqresinə yalan danışıb. Təhqiqatımız Mayorkasın ictimaiyyəti çaşdırdığı 100-dən çox hadisəni üzə çıxarıb”, - ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin sədri respublikaçı Mark Qrin bildirib.

Respublikaçıların çoxu üçün gözlənilməz olan bu təşəbbüsü demokratlar tərəfindən tənqid olunub.

“Amerikanın Səsi” əlavə edir ki, Mayorkasın vəzifədən azad edilməsi layihəsi Nümayəndələr Palatasının təsdiqini alsa belə, Senatdan çətin keçəcək.