Rusiya Daxili İşlər Nazirliyi “Qazprombank”ın keçmiş vitse-prezidenti İqor Volobuyevi (xarici agentlərin reyestrinə daxil edilib) cinayət maddəsi ilə axtarışa verib.

"Unikal" xəbər verir ki, bu barədə nazirliyin axtarış məlumat bazasında bildirilib. 

"Volobuyev İqor Mixayloviç. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır", - deyə məlumat bazasında qeyd edilib.

 Onun hansı maddə üzrə axtarışd olduğu qeyd olunmayıb.  

2000-2016-cı illərdə İqor Volobuyev "Qazprom" şirkətinin mətbuat xidmətinə rəhbərlik edib və şirkətin informasiya siyasəti departamentinin rəis müavini olub. Daha sonra o, "Qazprombank"a keçib və burada 2022-ci ilə qədər sənaye aktivlərinin piarına nəzarət edən vitse-prezident vəzifəsində çalışıb.

2022-ci ilin martında Volobuyev Ukraynaya gedərək Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub və beynəlxalq batalyonun tərkibində Rusiyaya qarşı döyüşür.

Ötən ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi onu xarici agentlərin reyestrinə daxil edib.

Nuranə Abbasova