Yəmən husilərinin əsirlikdə ukraynalı dənizçiləri var.
"Unikal" xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski danışıb.
Zelenski Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında deyib: “Dörd dənizçimiz husilər tərəfindən əsir götürülüb və biz onların geri qayıtması üzərində işləyirik” .
Yanvarın 12-də məlum olub ki, ABŞ və Britaniya hərbi hava qüvvələri Yəməndə husilərin 16 hədəfinə 60-dan çox zərbə endirib .
Husilər tez cavab verəcəklərini vəd ediblər .
Yəməndə husilərə qarşı hücumlardan bir həftə əvvəl ABŞ və Böyük Britaniya qruplaşmaya Bab əl-Məndəb boğazından keçən gəmilərə hücumları dayandırmaq üçün ultimatum təqdim edib.
Yəmənə endirilən zərbələrə görə Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib.