Moskvanın şimal-şərqində mənzildə yanğın baş verib.
"Unikal" xəbər verir ki, yanğın nəticəsində üçü uşaq olmaqla dörd nəfər həyatını itirib.
Yanğın Akademik Komarova küçəsində, ev 14-ün birinci mərtəbəsində yerləşən mənzildə baş verib.
"İkinci mərtəbədən xilas edilən daha iki uşaq isə xəsarət alıb", - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.