ABŞ prezidenti Co Baydenin administrasiyası Yəmənin husi qiyamçıları Ənsar Allahı xarici terror təşkilatları siyahısına əlavə etməyi düşünür.

"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalının verdiyi məlumata görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Hazırda onu nəzərdən keçiririk. Ləğv edib etməyəcəyimizə, yenidən dəyişdirəcəyimizə hələ qərar verməmişik, amma deyə bilərəm ki, biz bu məsələni ciddi şəkildə araşdırırıq” – Kirbi bildirib.

Husilər 2021-ci ilin fevralında ABŞ-ın terrorçu siyahısından çıxarılıb.

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə Husi Ənsar Allah hərəkatının 16 obyektinə 60-dan çox hədəfə hücum edib. Bir neçə böyük şəhərdə partlayışlar baş verib və Səna hava limanı kütləvi bombardmanlara məruz qalıb. Amerika ordusu Tomahawk qanadlı raketləri ilə, İngilislər isə Paveway IV idarə olunan bombaları ilə hücumlar etdiyini bildirib.

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak əməliyyatı Husilərin Qırmızı dənizdə gəmilərə hücumlarına cavab adlandırıblar. Yəmən “tərəddüd etmədən” cavab verəcəyini vəd edib.