Xalq artisti Aygün Kazımovanın “Bilmək olmaz” super hiti artıq bütün dijital platformalarda satışa çıxıb. 

"Unikal" xəbər verir ki, ölkənin əsas ulduzunun mahnısı Azərbaycanda yüksək pilləyə qalxmaqla yanaşı, qardaş ölkə Türkiyədə də uğur əldə edib.

Belə ki, Pop divanın mahnısı Türkiyədə “Apple Music”in 4 rəsmi play-listində yer alıb.  Həmin rəsmi play-listlər “Apple” şirkəti tərəfindən yaradılır və ora yalnız standartlara cavab verən mahnılar əlavə edilir. 

“YouTube” trendində 2 milyondan çox baxışla günlərdir 1-ci pillədə olan mahnı “Tik-Tok”da da viral olub.