Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli İsrailin xarici işlər naziri İsrail Katzın qondarma erməni soyqırımı iddialarına cavab verib.

"Unikal" xəbər verir ki, o, bu barədə “X” sosial media hesabında paylaşım edib."İsrail hökuməti üzvlərinin törətdikləri cinayətlərdən diqqəti yayındırmaq səyləri nəticə verməyəcək”, - deyə Ö. Keçəli bildirib.

Qeyd edək ki, İ. Katz daha əvvəl Türkiyə Prezidentini “keçmişində erməni soyqırımı olan bir ölkənin prezidenti” adlandırıb.

"Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin 1948-ci il Soyqırım Konvensiyasını pozması ilə bağlı işin yaxından təqib edir. Qəzzadakı fəlakətin əsl səbəbi İsrailin işğalı, İsrailin ekspansionist zehniyyəti və insan haqlarını, beynəlxalq hüququ və əxlaqi prinsipləri tamamilə göz ardı edən hərəkətləridir.

İsrailin hərbi cinayətlərinin soyqırım həddinə çatmış ola biləcəyi xəbərindən çox narahatıq və İsrailin 1948-ci il Soyqırım Konvensiyasını pozduğuna dair iddialara toxunan Beynəlxalq Ədalət Məhkəməsində davam edən işi yaxından izləyirik.

“İsrail hökuməti üzvlərinin diqqəti törətdikləri cinayətlərdən yayındırmaq cəhdləri nəticə verməyəcək”.