İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Büdenin vətəndaşları müharibəyə hazırlaşmağa çağıran bəyanatından sonra ölkə əhalisi hərəkətə keçib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, İsveçdəki pərakəndə satıcılar bir sıra məhsullara tələbatın artdığını bildirirlər. Xüsusilə, tualet kağızı, düşərgə qazı ocaqları və radiolar üçün. 

“Son günlər radio, su qabları və daşınan qaz ocaqları kimi malların satışı əvvəlki günlərlə müqayisədə bir neçə faiz artıb. Buna bu həftə mətbuatda gedən açıqlamaların çox açıq təsiri oldu”, - deyə satış təmsilçilrəindən biri deyib. 

Eyni tendensiya pandemiya dövründə də müşahidə olunub. Bundan başqa, Ukraynada müharibə başlayanda da bəzi zəruri malların qıtlığı yaranıb. 

Nuranə Abbasova