Amerikanın öz vətəndaşlarına İrana getməməklə bağlı xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, Birləşmiş Ştatların Dövlət Departamenti Amerika vətəndaşlarına İrana səyahətlə bağlı xəbərdarlıq edən bir bildiriş yayımlayıb.

Bildirişdə deyilir: "Terrorizm, vətəndaş iğtişaşları, adam oğurluğu və ABŞ vətəndaşlarının yersiz həbsi riski səbəbindən İrana səyahət etməyin.  Qanunsuz həbslərə görə ehtiyatlı olun.
ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməlidirlər.  İrana səfər edən və ya orada yaşayan ABŞ vətəndaşları saxta ittihamlarla oğurlanıb, həbs edilib və saxlanılıb".