Volodimir Zelenskini dəfələrlə tənqid edən amerikalı bloger Qonzalo Lira Ukrayna həbsxanasında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist Taker Karlson bildirib. Twitter (X) sosial şəbəkəsində o, bloqqerin ölüm xəbərini atasının verdiyini yazıb. Jurnalistin sözlərinə görə, bir neçə həftə əvvəl söhbət zamanı Liranın atası oğlunun öldürülə biləcəyini deyib.

Gonzalo Lira Sr oğlunun Zelenski və Bayden hökumətlərini tənqid etməklə bağlı cinayətə görə saxlandığı Ukrayna həbsxanasında 55 yaşında öldüyünü deyir. Qonzalo Lira ABŞ vətəndaşı idi, lakin Bayden administrasiyası açıq şəkildə onun həbsxanada və işgəncələrə məruz qalmasının tərəfdarı idi.

Dekabr ayında iş adamı Elon Musk ABŞ vətəndaşı Qonzalo Liranın həbsi ilə bağlı Twitter (X) səhifəsində Ukrayna prezidenti Volodimir Zelenskidən izahat tələb edib. Belə ki, o, jurnalist Taker Karlsonun Liranın Ukrayna həbsxanasında işgəncələrə məruz qalması ilə bağlı açıqlamasına cavab verib.