Qarabağ ermənisi Vazgen Qriqoryan Xankəndidə 218 nəfərin ölümü ilə nəticələnən benzin anbarının partlamasından danışıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı erməni sentyabrın 25-də baş verənlərin qəza olmadığını bildirib. 

"Yanacağın olmaması səbəbindən çox adam Qarabağı tərk edə bilmirdi. Eşidəndə ki, Xankəndi-Əsgəran yolundakı anbarda benzin var, minlərlə adam ora qaçdı. Anidən partlayış oldu. Hamı öldü, mənim bəxtim gətirdi, sağ qalan tək mənəm. İnsanların necə əridiyini gördüm", - deyə Vazgen qeyd edib. 

Onun sözlərinə görə, xəstəxanada dayanmağa belə yer yox idi. O, 2 ay xəstəxanada olub.

Qeyd edək ki, separatçı rejim insanları aldadaraq, onları aylarla "blokada" şəraitinə inandırmağa çalşırdı. Buna görə də yanacaq ermənilərdən gizlədilərək anbarlarda toplanıb. Sentyabrın 25-də isə sözügedən qəza baş verib. 

Partlayış nəticəsində 21 nəfər hələ də itkin düşmüş hesab olunur, 3 nəfərin şəxsiyyəti məlum deyil. 

Ağarza Elçinoğlu