Sankt-Peterburq yaxınlığındakı Şuşarı kəndində "Wildberries" mağazasının anbarında güclü yanğın baş verib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının sahəsi 50 min kvadratmetrə çatıb.
Yanğına dördüncü mürəkkəblik dərəcəsi verilib.
Hadisə zamanı anbarda ən azı min adam olub, yanğın işçilər arasında növbə dəyişməsi zamanı başlayıb.
Ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Ağarza Elçinoğlu
Rusiyanın Sankt-Peterburq şəhərindəki “Wildberries” internet mağazasının anbarı yanıb.
— Unikal.az (@UnikalOrgPortal) January 13, 2024
Yanğın 50 min kv/m. ərazini əhatə edib. pic.twitter.com/SgncAfyqNA