Efiopiyanın şimalındakı Tiqra bölgəsində Qızıl Xaç Cəmiyyətinin işçisi Voldu Areqavi Berha güllələnib. 

"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məlumat yayıb.

"Təcili yardım maşınının sürücüsü Qırmızı Xaç loqosu olan avtomobildə olarkən həlak olub", - mesajda deyilir.

Berha xəstəxanaya çatmamış dünyasını dəyişib. O, 2024-cü ildə vəfat edən BQXK-nın yeddinci nümayəndəsidir.

Ağarza Elçinoğlu