Fransanın yeni təyin olunmuş xarici işlər naziri Stefan Sejourne vəzifəsinin icrasına başladıqdan sonra ilk dəfə Ukraynaya səfər edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nazir bununla Parisin Kiyevə davamlı dəstəyini göstərib. Onun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır. 

Dünən bildirilib ki, Sejurne Polşaya gedib, oradan daha sonra Kiyevə gedəcək. Nazirə yaxın mənbələr səfərin simvolik xarakter daşıdığını açıqlayıb. 

Ağarza Elçinoğlu