Əfsanəvi fransız aktyor Alen Delonun övladları onu öldürməyə cəhd ediblər.
"Unikal" xarici KİV-ə isitnadən xəbər verir ki, bu iddia ilə özünü aktyorun keçmiş həyat yoldaşı adlandıran Hiromi Rollin prokurorluğa müraciət edib.
Qadın bildirib ki, Delonun vəziyyəti onunla yaşayarkən stabil idi, çünki o, o zaman isveçrəli həkimlərin daimi nəzarəti altında idi. Rollin ərizəsində iddia edir ki, aktyor evini tərk etmək məcburiyyətində qaldıqdan sonra təyin olunmuş bir neçə həkim qəbulunu qaçırıb.
Rollin Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda günahlandırıb. Sübut olaraq o, Delon qardaşları ilə onların bacısı Anuşka arasında yazışmaları da göstərib.
Bu yazışmalarda aktyorun oğlu Entoni atasının kimyaterapiyasını dayandırmağı təklif edib. Xüsusilə Entoni belə bir müalicənin "yalnız qaçılmaz olana yaxınlaşmanı sürətləndirdiyini" yazıb və bunun əvəzinə "şirəçəkən almağı və ona yalnızca şirələr verməyi" təklif edib.
Rollin Delonun uşaqlarının bu cür hərəkətlərinin qətlə cəhd kimi qiymətləndirilə biləcəyini qeyd edib.