Filmləri ilə yanaşı verilişləri ilə də illərə damğasını vuran komediya ustası Cem Yılmazın Leventdəki villasını 100 milyon lirəyə satışa çıxardığı iddia edilib.
"Unikal" xəbər verir ki, məşhur komediyaçının daşınmaz əmlak agentindən bu məsələni gizli saxlamağı xahiş etdiyi iddia edilib.
İddialardan sonra Cem Yılmaz villasını satması xəbərini təkzib edib.
Yılmaz "Uydurmadır. Gülmədim, gülməli deyil" deyib.