Müğənni Ariana Qrande onu narahat edən Braun adlı fanatından şikayətçi olub.
"Unikal" xəbər verir ki, ifaçı polisə müraciət edərək həmin şəxsin son 7 ay ərzində 92 dəfə icazəsiz evinə daxil olduğunu bildirib. O, sonuncu dəfə əlində bıçaq mühafizəçilərə müğənnini öldürəcəyini deyərək şantaj edib.
Braun 3 il 8 ay müddətinə azadlıqdan məhrum olunub.