"Atam qədər musiqiçi olmamışam. Amma atamdan gözəl həyat yoldaşı və ata olmuşam. Atam vaxtını daha çox dostları ilə keçirib, ailəsinə yox. Mən isə ailəmə diqqət etməyi sevirəm".
"Unikal" xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "O üz" verilişində deyib. Musiqiçi atası Məşədi Məhəmmədə həsr olunan proqramda onun haqqında danışıb:
"İnsan bəzən ona sadiq xanımının qədrini bilmir, gedir xoşbəxtliyi kənarda axtarır. Bu, sənin evinin içində var, ona dəyər ver, xəyanət etmə. Kişi öz ailəsinə daha çox dəyər verməlidir. Dəyər verməyib, qarşılıq gözləmək isə düzgün deyil. Bu sözümə yaza bilərsiniz ki, bəs, sən niyə? Həyat qısadır, nə bilmək olar ki, sabah həyatda olacağam, ya yox".