Türkiyə 9 şəhidinin yasını tutarkən, tanınmış aparıcı Müge Anlının sözləri reaksiyaya səbəb olub.
"Unikal" xəbər verir ki, ATV-də canlı yayımda çıxış edən Müge Anlı şəhidlərə Allahdan rəhmət diləyib və “Bir ovuc torpaqla insan həyatını müqayisə etmək olarmı? deyə ifadə işlədib.
"Bu həyatdan həzz almalıyıq boş yerə demirəm. Gəlib gedirik, insanlar hələ də bir qarış torpaq üçün canlarını qurban verirlər. İkinci Dünya Müharibəsində baş verənlər, hamı bir-birini yedi. Nə oldu, nəticəsi nə oldu, vay həlak olanların halına...".
Elmi-fantastik filmləri çox sevdiyini bildirən Müge Anlı belə davam edib.
"Çünki o elmi fantastika filmlərində böyük mesajlar var. İnsanlar min ildən sonra, 100 il sonra, 200 il sonra nə ilə məşğul olurlar? Biz hələ də bir ovuc torpaq üçün savaşırıq. Bunun üçün insan canını qurban veririk. Bir ovuc torpaqla insan həyatı müqayisə edilə bilərmi? Bu mümkün deyil! Amma nə qədər ki, bu müharibələr, bu ölümlər davam edəcək, bilmirəm nə olacaq".
Gülayə Mecid