Medianın İnkişafı Agentliyi ( MEDİA) tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə MEDİA sosial şəbəkədə paylaşım edib.

"Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.

***

07:39

Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.

"Unikal" xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.