Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən “Zəngin süfrə” kafesinin yaxınlığında baş verib.
Belə ki, 1968-ci il təvəllüdlü Əliyev Şahin Arif oğlu aralarında yaranmış mübahisə zamanı 1985-ci il təvəllüdlü Əmirov Yedulla Kazım oğlunu bıçaqla vurub.
Şahin Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.