Yanvarın 18-nə keçən gecə Pirallahı rayonu ərazisində idarələrdən birinə məxsus 4000 manat dəyərində naqilin oğurlanması barədə polisə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nəriman Umudov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.