Məlahət Hacıyevanın internat “biznesi”
13:47 30-04-2013
CƏMİYYƏT
Məlahət Hacıyevanın internat “biznesi”
İdarə rəisinin qohumlarının siyahısı ”Unikal”da
Misir Mərdanov tutduğu vəzifədən azad ediləndən sonra Təhsil Nazirliyində ciddi islahatların olacağı qətiləşib. Yeni nazir Mikayıl Cabbarovun artıq bu istiqamətdə araşdırmalara başladığı və yaxın günlərdə artıq konkret addımların atılacağı proqnozlaşdırılır. Ekspertlər bildirir ki, hazırda nazirlik bir bataqlığa bənzəyir və qurum daxilində az qala gözəgörünməz mafialar fəaliyyət göstərir. Ötən sayımızda da qeyd etdiyimiz kimi belə qruplaşmalardan birinə də De-İnistutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva rəhbərlik edir.
Qeyd etdiyimiz kimi Misir Mərdanovun ən etibarlı kadrı kimi bu vəzifəyə təyin edilən Məlahət Hacıyeva idarədə sözün həqiqi mənasında bir imperiya yaradıb. Misir Mərdanovun zamanında internat məktəblərinin direktorlarının əksəriyyətini işindən kənarlaşdıraraq əsasən öz yaxın çevrəsini, qohumlarını işə təyin etdirən Məlahət Hacıyevanın işinə hətta nazirlik rəhbərliyində olan heç bir şəxs müdaxilə edə bilmirdi. Bunun nəticəsində tenderlər belə yalnız onun razılığı ilə həyata keçirilir və qalib gələn müəssisələrdə ona yaxınlığı ilə tanınan firmalar olub.İndi isə gəlin konkret detallara baxaq. Bu gün əksər internat məktəbləri ya Məlahət Hacıyevanın qohumları tərəfindən, ya da özünə etibarlı hesab etdiyi şəxslər tərəfindən idarə edilir. Öncəliklə bunu qeyd edək ki, Pirşağıda yerləşən 10 saylı internat məktəbinin direktoru Minəvvər Əşrəfova Məlahət Hacıyevanın qudasıdır. 12 saylı peşə məktəbinin direktoru Fərman Aslanov isə qardaşı, 4 saylı peşə məktəbinin direktoru Alik Allahyarov isə əmisi oğludur. 71 yaşlı anası Mərhəmət Aslanova isə 5 saylı peşə liseyinin direktoru vəzifəsində çalışır. Halbu ki, yaş senzinə görə 65 yaşdan sonra bu cür vəzifələrdə işləmək mümkünsüzdür. Amma Məlahət Hacıyevanın gücü qanunlardan da irəlidədir. Maraqlıdır, bəs Məlahət Hacıyeva internat məktəblərinə və peşə liseylərinə öz qohumlarını və yaxın dostlarını nəyə görə təyin etdirir? “Unikal”a daxil olan məlumata görə Məlahət Hacıyevanın bu işdə konkret maraqları var. Bildirilir ki, bu gün internat məktəblərində süni şəkildə şagirdlərin sayı artırılır və buna uyğun olaraq da dövlət büdcəsindən ayrılan vəsait mənimsənilir. Bir tərəfdən şagirdlərin sayı çox göstərilməklə müəllimlərin əmək haqları şişirdilir, digər tərəfdən isə şagirdlərin sayına uyğun olaraq ərzaq və digər zəruri məhsullar alınır. Nəticədə ərzaq alınan zamanda dövlət büdcəsi yağmalanır. Ən qəribəsi isə odur ki, Məlahət Hacıyevanın mühüm postlara təyin etdirdiyi kadrların əksəriyyətinin ixtisası uyğun deyil. Məsələn, 3 saylı internat məktəbinə direktor olaraq təyin etdirdiyi Bahar Kərimova əslində ixtisasca həkimdir. Amma güman edilir ki, sonradan hansısa yolla İnstitutlardan birindən diplom alıb. Bunu da qeyd edək ki, Məlahət Hacıyevanın idarəetmə sistemidə tamam fərqlidir. Məsələn, rəhbəri olduğu idarədə çalışan şəxslər səlahiyyətlərinə görə yox, Məlahət Hacıyevanın istəyinə uyğun olaraq fəaliyyət göstərirlər. Bu baxımdan qeyd edilir ki, idarədə bütün səlahiyyətlər Məlahət Hacıyevanın sağ əli kimi tanınan Həbib Kərimov tərəfindən idarə edilir. Mənbənin sözlərinə görə tenderlərin keçirilməsi, internat məktəblərinin ərzaqla təmin olunması, bir sözlə maliyyə ilə bağlı bütün səlahiyyətlər Həbib Kərimava həvalə edilib. Bütün bunlarla bağlı Məlahət Hacıyevadan münasibət öyrənmək cəhdimiz isə baş tutmadı.O, yalnız “deyilənlər yalandır”- deməklə konkret faktlardan yayındı. Nəyə görə 71 yaşlı anasının hələ də direktor görəvində qalması, ən yaxın qohumlarını müxtəlif vəzifələrə təyin etdirmə kimi faktları nədənsə görmək istəmədi. Bunu da qeyd edək ki, yeni nazir Mikayıl Cabbarov vəzifəsinin icrasına başlayan kimi bəyan etdi ki, mətbuatla sıx əməkdaşlıq edəcəklər və şəffaflıq qorunacaq. Amma Məlahət Hacıyeva hələ də Misir Mərdanov qaydasında işləməkdədir. Maraqlıdır, bəs hansı səbəbdən bu günə qədər Məlahət Hacıyeva və digərlərinin gözə görünmədən nazirliyi az qala idarə etmələrinə son verilmir? Ekspertlər bildirir ki, yeni nazir hələ araşdırmalarla məşğuldur. Həmçinin aparılan araşdırmalar nəticəsində ortaya çıxacaq faktlar konkret addımlar atmaq zərurəti yaradacaq. Görünür bunu artıq hiss edən Məlahət Hacıyeva yaxın çevrəsi vasitəsi ilə həyata keçirilən maxenasiyaları ört-basdır etməyə çalışır. Mənbənin sözlərinə görə ən ciddi qanun pozuntuları internat məktəblərinin ərzaqla təmin edilməsində olub. Belə ki, rəsmi qaydada keçirilməsi nəzərdə tutulan tenderlər şəffaf həyata keçirilməyib və ərzaq təminatı ilə məşğul olan qurumlar Məlahət Hacıyevaya dolayı yolla bağlıdır. Ən dəhşətlisi isə budur ki, internat məktəblərinə verilən ərzaqlarda normalara cavab vermir. Amma rəsmi sənədlərlə büdcə pulları sadəcə olaraq silinir. Mövzuya qayıdacağıq.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00