Ramiz Mehdiyev İrana gedib
13:49 30-04-2013
CƏMİYYƏT
Ramiz Mehdiyev İrana gedib
Bu səfər iki ölkə arasındakı qaranlıq məqamlara aydınlıq gətirəcək
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İrana səfər edib. Ramiz Mehdiyev səfər çərçivəsində İranın Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb.Ramiz Mehdiyev, həmçinin, İranın digər rəsmilərilə də görüşlər keçirəcək.Maraqlıdır,belə bir məqamda Ramiz Mehdiyev hansı səbəbdən İrana səfər edib? Öncəliklə bunu da qeyd edək ki, İran-Azərbaycan münasibətlərinin gərginləşdiyi bir məqamda da Ramiz Mehdiyev İrana getmişdi və nəticədə yaranan gərginlik aradan qaldırıldı.
İndi isə növbəti səfərə hazırlıq görülür. Ekspertlərin fikrincə Ramiz Mehdiyevin bu səfəri zamanı da iki ölkə münasibətləri ciddi müzakirə olunacaq. Çünki bu günlərdə Azərbaycanın xarici işlər naziri İsrailə səfər etmişdi və nazirlə görüşən İsrail prezidenti İranla bağlı xoş olmayan fikirlər səsləndirmişdi ki, buda İran tərəfini qane etməmişdi. Məhz belə bir olaydan sonra Ramiz Mehdiyevin İrana getməsi təsadüfi deyil. Ekspertlər hesab edir ki, Azərbaycan bununla sübut etmək istəyir ki, balanslaşdırılmış siyasətindən imtina etmək niyyətində deyil. Ekspertlər hesab edir ki, hazırda İsrail İrana hərbi müdaxiləyə kifayət qədər hazırlıqlı görünür və belə bir fikirdə səsləndirilir ki, İsrail İrana həmlə etmək üçün Azərbaycanın ərazisindən istifadə etməyə çalışacaq. Düzdür bir il öncə prezident İlham Əliyev bəyanat verərək bildirmişdi ki, heç bir halda Azərbaycan öz ərazisindən başqa bir dövlətə həmlə etməyə imkan verməyəcək. Ekspertlər hesab edir ki, Ramiz Mehdiyev bu səfəri zamanı bu problemi bir daha gündəmə gətirəcək və Azərbaycan növbəti dəfə qarrantiya verəcək. Bundan başqa səfər zamanı Azərbaycanda fəaliyyət göstərən dini təşkilatlarlada bağlı məsələ müzakirə oluna bilər. Belə ki, son zamanlar Azərbaycanda fəaliyyət göstərən bəzi dini təşkilatlar sürətlə siyasiləşir və onların arxasında İrandakı bəzi qüvvələrin durduğu söylənilir. Həqiqətən də zaman-zaman bu qüvvələrə İrandan açıq şəkildə dəstək verilib və həbs olunan dindarların azadlığa buraxılması üçün İranda bəzi rəsmilər açıq şəkildə bəyanat verməkdəndə çəkinmədilər. Hazırda isə qarşıdan prezident seçkiləri gəlir və bu qüvvələr daha da aktivləşmək, hətta prezidentliyə namizəd də göstərmək niyyətindədirlər. Belə ki, İslam partiyasının rəsmiləri çalışırlar ki, həbsdə olan sədrlərini prezidentliyə namizəd olaraq göstərsinlər. Müşahidəçilər hesab edir ki, Ramiz Mehdiyev bu səfər çərçivəsində İranın bu qüvvələrə dəstək verməməsinə də nail ola bilər. Qeyd edək ki, adı çəkilən qüvvələr Azərbaycanda seçkilər periodunda kifayət qədər radikallaşır və müxalif mövqedə durmağa çalışırlar. Ekspertlər hesab edir ki, Ramiz Mehdiyevin İran səfəri zamanı regiondakı siyasi proseslərdə ciddi müzakirə olunacaq. Belə ki, Azərbaycan BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və hazırda İran çalışır ki, BMT tərəfindən tətbiq olunan sanksiyanı aradan qaldırsın. Bu məsələdə isə Azərbaycanın dəstəyini almağa ümidlidir. Həmçinin İran Azərbaycanla apardığı danışıqlarda sanksiyada Azərbaycanın iştirak etməməsini istəyə bilər. Beləliklə hesab etmək olar ki, Ramiz Mehdiyevin İran səfəri iki ölkə arasındakı münasibətləri daha da sistemləşdirəcək və yaxın zamanlarda iki ölkə arasında yəqin ki, hansısa problem olmayacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22