Ermənistan parlamentinin spikeri Alen Simonyanın ailəsinə xidmət edən avtomobil qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Hadisə Ermənistanın Kotayk rayonunda baş verib.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin digər təfərrüatları açıqlanmır. 

 Ağarza Elçinoğlu