Nazirlərin görüşü baş tutacaq
19:37 01-05-2013
CƏMİYYƏT
Nazirlərin görüşü baş tutacaq
Regionda balans dəyişir
Son zamanlar regionda kifayət qədər aktivləşmə müşahidə olunur və bu aktivlik bəzən gərginliklə də müşahidə olunur. Hazırda regionda Rusiya-İran-Türkiyə-Azərbaycan-İsrail tondemləri kifayət qədər qabarıq görünür və bəzən bu tondemlərin qarşılıqlı ittihamlarının şahidi oluruq.
Görünür bunu nəzərə alan Türkiyə daha çox aktivlik göstərməklə regionda söz sahibinə çevrilməkdədir. Bu baxımdan Türkiyənin İsrail və İranla münasibətləri diqqəti daha çox cəlb edir. Belə ki, Türkiyənin İsraillə münasibətləri soyuq olaraq qalır və bununla paralel olaraq İrana bir yaxınlaşma da müşahidə olunur. Elə Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin növbəti görüşünün planlaşdırılmasıda bununla bağlıdır. Görüş Türkiyədə keçiriləcək. Bu barədə Bakıda keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. "Azərbaycan bu görüşə hazırdır. Onun tarixi bir neçə dəfə üç nazirin gərgin qrafikinə görə dəyişdirilib. Biz bu görüşün yeni müddətlərinin təyinatını gözləyirik", - Məmmədyarov bildirib.Üç ölkənin xarici siyasət idarələrinin başçılarının son üçtərəfli görüşü martda Naxçıvanda keçirilib və yekun bəyannamənin qəbul edilməsi ilə başa çatıb.Maraqlıdır, bu görüş nələrlə nəticələnəcək?
1. Hazırda İranın mühüm narahatçılıqlarından biri Azərbaycan-İsrail münasibətləridir. İran hər zaman narahat olur ki, İsrail Azərbaycan ərazilərindən istifadə etməklə İrana qarşı ya hərbi əməliyyatlar həyata keçirə bilər, yada kəşfiyyat xarakterli addımlar atılar. Azərbaycan tərəfi isə açıq şəkildə bəyan edib ki, heç bir ölkəyə bu məqsədlə öz ərazisindən istifadəyə icazə verməyəcək. Buna baxmayaraq narahatçılıq hələ də davam edir. Bu görüşdə sözsüz ki, yuxarıdakı məsələ bir daha müzakirə olunacaq və yeni bəyamnamənin imzalanması ilə tamamlanacaq.
2. Türkiyə-İran münasibətləri son zamanlar yaxşılaşsada Suriya məsələsinə görə ziddiyətlər hələ də qalır. Güman edilir ki, bu görüşdə Suriya məsələsi də müzakirə olunacaq. Həmçinin İranda elə qüvvələr var ki, açıq şəkildə PKK-ya dəstək verir. Ekspertlər hesab edir ki, bu görüşdə sözsüz ki, PKK-ya verilən dəstəyində qarşısının alınması müzakirə olunacaq.
Ekspertlər hesab edir ki, son zamanlar Avropanın Türkiyəyə yanaşmasında müəyyən ziddiyətlərin olması səbəbindən Türkiyə Şərqə daha çox meyillənir və bunun üçün ilk növbədə İranla problemləri həll etməyə çalışır. İndiki məqamda Türkiyə İranı tam təsir altına salmağa çalışdığı kimi, İrana da bölgədə müttəfiq lazımdır. Çünki bu ölkəyə tətbiq edilən embarqolar ölkəyə ciddi çətinliklər yaradıb ki, buna görə də İrana yeni nəfəs lazımdır. Hazırda regionda ən ciddi qüvvə Türkiyədir və bu baxımdan Türkiyə ilə əlaqələrin inkişafında maraqlıdır.
Beləliklə hesab etmək olar ki, nazirlərin görüşləri bir sıra problemləri aradan qaldıracaq. İlk növbədə isə qarşılıqlı inamın yaradılması üçün bu toplantıya ehtiyac böyükdür.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22