Ankarada A.Y. adlı qadın çimməyən və həftədə yalnız iki dəfə dişlərini fırçalayan ərindən boşanıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, bundan başqa qadın ərinin eyni paltarı 5 gün geyinməsindən şikayətçi olub. Məhkəmə qadının gigiyena qaydalarına əməl etməyən ərini təqsirli bilib və boşanmağa qərar verib.

Hakim C.Y.-yə  500 min lirə (16,5 min dollar) məbləğində təzminat təyin edib.