Örgütbaşı azadlığa çıxandan sonra nələr olacaq?
19:38 01-05-2013
CƏMİYYƏT
Örgütbaşı azadlığa çıxandan sonra nələr olacaq?
Türkiyədə çoxları hesab edir ki, Öcalanın fəaliyyəti sayəsində ölkədə 40 minə yaxın insan və əsgər şəhid olub
Çağdaş Türkiyədə baş verən prosesləri dəyərləndirmək çətindir. Birinci növbədə ona görə ki, bu ölkədə ötən əsrin 70-ci illərndən başlamış terror hərəkatı bu illər ərzində daxili və xarici siyasətə, cəmiyyətin əhvali-ruhiyyəsinə ciddi zərbə vurub. Etiraf edilməlidir ki, PKK problemi hanısa formada həll edilməliydi.
Bundan sonra Rəcəb Tayyib Ərdoğan Hakan Fidana Abdulla Öcalanla növbəti dəfə görüşməklə bağlı təlimat verib. Abdulla Öcalan növbəti görüşdə Türkiyədə kürdlər üçün demokratik muxtariyyət tələbi olmadığını da bildirib. Türkiyə Təhlükəsizlik Şurasının yeni il ərəfəsində, 2012-ci il dekabrın 26-da keçirilən toplantısından sonra Milli Kəşfiyyat Təşkilatının 5 nəfərdən ibarət nümayəndə heyəti hazırla PKK terror təşkilatına rəhbərlik edənlərlə görüşmək üçün İraqa, Qəndil adasındakı PKK düşərgəsinə gedib. Qəndildəki görüşdə yekun anlaşma əldə edilmir, ancaq prinsipial məsələlərlə bağlı müzakirə aparılır. İmralı və Qəndildəki görüşlərdən sonra Abdulla Öcalanın həbsdə saxlanıldığı İmralı adasına PKK-ya yaxınlığı ilə seçilən Barış və Demokratiya Partiyasından (BDP) iki millət vəkilinin - Ahmet Turk və Ayla Akatın göndərilməsi qərara alınır. BDP sədri Selahattin Demirtaş və Gültan Kışanak başda olmaqla, BDP deputatları buna etiraz edirlər. Lakin Qəndildən gələn təzyiqdən sonra Ahmet Turk və Ayla Akatın göndərilməsi ilə bağlı etirazlar aradan qalxır. Ankara, İmralı və Qəndil üçbucağında hazırlanmaqda olan "Yol Xəritəsi"nə görə, PKK-nın rəhbərliyində ən yüksək səviyyədə yer tutan 50 nəfər Qəndili tərk edərək Avropa ölkələrindən birinin paytaxtına yerləşməlidir. PKK-nın rəhbərliyində yer alan digər şəxslərə Türkiyəyə dönərək siyasətlə məşğul olmasına şərait yaradılacaq. Üçüncü mərhələdə isə qəbul edilən qərarların həyata keçməsi üçün Müşahidə Qrupu yaradılacaq. Müşahidə Qrupunda hakim AKP, o cümlədən müxalifətdəki CHP, MHP və BDP üzvlərinin yer alması nəzərdə tutulur. Müşahidə Qrupu Türkiyədəki PKK silahlı terrorçularının ölkəni tərk etməsini müşahidə edəcək, ölkəni tərk edən terrorçu qruplara ordunun hücum etməsinə yol verilməyəcək.Ərdoğan iqtidarının PKK probleminin həlli ilə bağlı atdığı addımlar həm ölkə daxilində, həm də ölkənin xaricində birmənalı qarşılanmayıb. Ölkədəki bir sıra dairələr, xüsusən də Milliyyətçi Hərəkat partiyası baş nazir Ərdoğanın “PKK çözümü”nü dövlətə və millətə xəyanət hesab edir.
Hətta bir sıra xarici dövlətlər də, məsələn, qonşu İran Türkiyənin PKK adlı başağrısının həll olunmasında maraqlı deyil. Ötən sayımızda yazdığımız kimi, İran kəşfiyyatı PKK liderlərinə maddi və mənəvi dəsətk də vəd edib. Təki onlar Türkiyədəki fəaliyyətlərini dayandırmasınlar.
Bunula belə hakimiyət mənsubları hesab edirlər ki, indiki durumda PKK probleminin bu formada həll edilməsinə alternativ yoxdur və iqtidarın atdığı addımlar Türkiyənin son tarixində yeni bir dönəmin başlanmasından xəbər verir, bu şansı dəyərləndirmək lazımdır.
Hazırda Türkiyə cəmiyyətini bu baxımdan narahat edən ən önəmli mətləblərdən biri örgütbaşı Abdulla Öcalanın bundan sonrakı taleyinə aydınlıq gətirilməsidir. Çünki Türkiyədə çoxları hesab edir ki, Öcalanın fəaliyyəti sayəsində ölkədə 40 minə yaxın insan və əsgər şəhid olub. Bu səbəbdən də o heç cür azadlığa buraxıla bilməz.
Oxuculara xatırladaq ki, Türkiyə iqtidarı ilə PKK arasında aparılmış danşıqlara görə, Abduklla Öcalan bundan sonra ev dustağı olacaq.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) kürd əsilli millət vəkili Dengir Mir Mehmet Fırat PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın azadlığa buraxılacağına dair iddialara cavab verib. Fırat bunun uzaq bir ehtimal olduğunu, Öcalanın da belə bir tələbinin olmadığını vurğulayıb.
“Əlbəttə ki, Öcalan da bir gün azadlığa çıxacaq. Ölüsü çıxaraq azad olacaq. Kimin nə qədər yaşayacağını biz bilə bilmərik. Amma insan öldüyü vaxt azad olur. 10 – 20 il sonra nə olacaq, onu baş nazirimizin bilməsi mümkün deyil. Amma bu gün, bu proses daxilində onun bağışlanması mümkün deyil. Bunun məntiqli bir tərəfi də yoxdur. Baş nazir düz deyir, kimsə təxribatla məşğuldur. İctimaiyyətin elə bir təzyiqi var ki, bu mümkün deyil. Onuzda hesab etmirəm ki, Öcalanın da belə bir tələbi ola”, – deyə kürd əsilli iqtidar millət vəkili bildirib.
Aldığımıəz digər bir məlumata görə, AKP sədrinin müavini Hüseyn Çəlik Ərbildə Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə görüşüb. Dünən mətbuat üçün qapalı keçən görüşdən sonra Hüseyn Çəlik mayın 8-dən başlayaraq Türkiyəni tərk edəcək PKK terrorçularının Şimali İraqda Qəndil dağındakı düşərgələrə yerləşməsi prosesinə Məsud Bərzaninin dəstək verəcəyinə, konstruktiv rol oynayacağına inandığını vurğulayıb. Çəlik çıxışında “İraq Kürdüstanı” ifadəsini də işlədib: “Osmanlı dönəmində də xəritədə Kürdüstan vardı. Bu sözü dilə gətirməkdən çəkinməyə gərək yoxdur. Türkiyədə keçmişdə bu ifadəyə bir qadağa vardı, indi belə bir qadağa yoxdur. Məsud Bərzani də İraq Kürdüstanının lideridir və PKK-nın da ən çox sığındığı Qəndil dağı da buranın bir parçasıdır. Türkiyədən çıxıb bura gələcəklər. Bu prosesdə Məsud Brəzaninin aktiv iştirak edəcəyinə əminik”.
Şakir Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22