İspaniyanın "Sevilya" komandası futbolçusu İvan Rakitiçlə yollarını ayırıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi xorvatiyalı yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub.
36 yaşlı oyunçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Onun “Əl-Şabab” klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, İvan Rakitiç daha əvvəl 2011-2014-cü illərdə “Sevilya”nın şərəfini qoruyub. O, bu komandaya ikinci dəfə 2020-ci ilin yayında “Barselona”dan keçmişdi.