Rəsul Quliyev yenə sözündən qaçdı
19:40 01-05-2013
CƏMİYYƏT
Rəsul Quliyev yenə
sözündən qaçdı
O, seçkilərdə iştirak etməyəcəyini bəyan etdi
Prezident seçkilərinə artıq çox az zaman qalıb və aydın olur ki, bu seçkilərə də müxalifət köhnə qayda da gedir. Yəni seçkilərdə əsas mübarizə bu dəfə də iqtidarla müxalifət arasında yox, elə müxalifətin öz daxilində gedəcək. Maraqlıdır, nədən müxalifət bu taktikasında dəyişiklik etmir? Siyasi analitiklər bunu bir neçə məsələ ilə əlaqələndirir. İlk növbədə problem ondadıdr ki, müxalifətin sosial bazası çox zəifdir və müxalif partiyalar arasında parçalanıb.
Artıq 15 ildən çox bir müddətdir ki, aydın olur ki, cəmiyyət siyasi qüvvələrin sosial bazası olmaq niyyətində deyil. Belə olan halda müxaliflər sosial bazanı elə bir-biri ilə savaş edərək qazanmağa çalışır. Elə buna görə də hər seçki dövründə ya Müsavatdan AXCP-yə, ya da AXCP-dən digər partiyalara transferlər olur. Yəni müxaliflər seçkilərdə daha çox sosial baza qazanmaq üçün savaş aparırlar. Digər bir məqam isə budur ki, müxalifət açıq şəkildə görür ki, bu gün də hakimiyyətə alternativ olma gücündə deyil. Belə olan halda güclər eyni deyilsə, deməli öz gücünə yaxın qüvvələrlə üz-üzə gəlməlisən. Müxalifətdə bu qüvvəni öz daxilində axtarır və bu səbəbdən də müxalifət daxili savaş daha güclü olur. Nəticədə müxalifət partiyaları bir-birinin arasında ana müxalifət savaşı aparmalı olur. Məhz bu prinsiplərə görə də hazırda seçki öncəsi müxalifət daxilində qarşılıqlı ittihamlar güclənməyə başlayıb. Bu dəfə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quyliyev sərt bəyanatla çxıış edərək bir tərəfdən müxalifəti ittiham edibsə, digər tərəfdən prezident seçkilərində iştirak etməyəcəyini bildirib. Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev ölkəmizdə keçiriləcək prezident seçkilərinə doğru siyasi proseslərin gərginləşdiyi məqamda növbəti dəfə müxalif düşərgəni kəskin tənqid edib.Hələ də seçkilərdə iştirak edib-etməyəcəyi sual altında olan R.Quliyev müxalifətin ən güclü namizədləri hesab edirlən Müsavat başqanı İsa Qəmbər və "EL" hərəkatının lideri Eldar Namazovun nəinki prezident seçkilərində, hətta partiyadaxili seçkilərdə belə, qalib gələ bilməyəcəklərini deyib. "Siz hansı seçkidən danışırsınız? Müsavat Partiyasının və "EL" hərəkatının başqanlığı uğrundakı seçkilərdən, onların hər ikisi o seçkilərdə güclüdür. Amma mənim sadəcə olaraq həmin seçkilərdə iştirak etmək niyyətim yoxdur. Əgər prezident seçkilərindən söhbət gedirsə, bu yazdıqlarınızı bir yumor və ya anektod kimi də qəbul etmək olar. Nəinki Azərbaycanda, hətta öz partiyalarında həqiqi demokratik seçkilər keçirilsə, orada da onların qalib gəlməsi şübhə altındadır"-deyə eks-spiker bildirib. Maraqlıdır, Rəsul Quliyevin seçkilərdə iştirak edib, etməməsinin bir anlamı var idimi? Ekspertlər hesab edir ki, Rəsul Quliyev hələ illər öncə ölkəni tərk edərək ABŞ-da siyasi sığınacaq alandan 2 il sonra bütün dayaqlarını itirib. Onun son şanşı ötən prezident seçkilərində azda olsa qalmışdı. Söhbət prezident olmaq şansından yox, siyasətdə qalmaq şansından gedirdi. Amma o ölkəyə qayıtmağa cəsarət edə bilməyəndən sonra bütün şanslarını itirdi. Bu gün o partiya yaratsada heç bir uğur qazana bilmir və ən maraqlısı budur ki, Rəsul Quliyevi hazırda nə hakimiyyət, nə də müxalifət qəbul etmir. Özünün sosial bazasına gəldikdə isə artıq eks-spikerə inanan qalmayıb. Çünki hər seçkilərdə bəyan edir ki, bu seçkilərə qatılacaq və hansı yolla olursa olsun ölkəyə dönəcək. Amma seçkilərə az vaxt qalmış o geri çəkilir. Bu seçkilərə də bir müddət qalmış Rəsul Quliyev aktivləşdi müəyyən partiyalarla danışıqlara başladı və bəyan etdi ki, istənilən yolla Azərbaycana gələcək. İndi isə aydın olur ki, Rəsul Quliyev yenə sözünün üstündə durmayıb və seçkilərdə iştirak etməyəcək. Ekspertlər bildirir ki, əslində Rəsul Quliyev geri çəkilməni iki səbəbdən edir. Birincisi , o iradəsini toparlayın ölkəyə gəlməyə risk etmir, ikincisi Rəsul Quliyev artıq cəmiyyətdən çox kənarda qaldığını və heç bir nəticə əldə edə bilməyəcəyini aydın şəkildə görür. Məhz bu səbəblərə görə o həlledici məqamlarda geri çəkilir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23
2024-12-28 15:49:24
2024-12-28 15:31:12
2024-12-28 15:28:26
2024-12-28 15:10:46
2024-12-28 15:03:03
2024-12-28 14:54:15
2024-12-28 14:48:10
2024-12-28 14:35:35
2024-12-28 14:00:04
2024-12-28 13:35:03