Özbəkistan millisi Asiya Kubokunun 1/4 finalına yüksəlib.
"Unikal" xəbər verir ki, sözügedən kollektiv 1/8 finalda Tailand seçməsini üstələyib - 2:1.
Özbəklərin qollarını 37-ci dəqiqədə Azizbek Turqunbayev, 65-ci dəqiqədə Abbosbek Fayzullayev vurub. Tailandın heyətində isə 58-ci dəqiqədə Supaçok Saraçat fərqlənib.
Özbəkistan 1/4 finalda Qətər yığması ilə qarşılaşacaq.