Mehriban Əliyevadan amnistiya təşəbbüsü
19:40 01-05-2013
CƏMİYYƏT
Mehriban Əliyevadan amnistiya təşəbbüsü
Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib.Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında məlumat verilib.
Komitə sədri Əli Hüseynli bildirib ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin gündəliyinə daxil edilən Amnistiya aktı müzakirə olunacaq. Amnistiya aktı təşəbbüsü Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlıdır.Komitə sədrinin sözlərinə görə, Amnistiya aktı Milli Məclisin mayın 7-də keçirilən iclasında müzakirə olunacaq. Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətində humanizm və mərhəmət prinsiplərini həmişə rəhbər tutulub. Hələ 2009-cu ildə Mehriban xanımın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində amnistiya aktı qəbul edilmişdi. Həmin amnistiya aktının icrası 9 min 564 məhkuma tətbiq olunmüşdü. Onlardan 8 min 604-ü kişi, 960-ı qadın, o cümlədən 23-ü yetkinlik yaşına çatmayan şəxslər idi. “Hüquq müdafiəçiləri olaraq “Nida”çı gənclərin amnistiyaya düşmələrini gözləyirik”. Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət etməsinə münasibət bildirərkən bunu alqışlayıb. N.Cəfəroğlu qeyd edib ki, yeni həbs olunan şəxslərin hamısının amnistiyaya düşmə ehtimalı var. N.Cəfəroğlunun sözlərinə görə, onun tərtib etdiyi siyahıda çox adam var. “Çox şadam ki, amnistiya olacaq. Biz mayın 10-a qədər amnistiyanın olmasını gözləyirdik. Yəqin ki, çox adam, xüsusi ilə “Nida”çılar amnistiyaya düşəcəklər . Fərhad Əliyev və Əli İnsanovun məsələsinə gəlincə isə onların həbs müdəti qısaldıla bilər. Görək hansı maddələri qoyacaqlar”. Digər hüquq müdafiəçisi Səidə Qocamanlı da amnistiya təşəbbüsünü imüsbət qiymətləndirib və bildirib ki, onun siyahısında olan məhbusların maddələri ilə amnistiya maddələri layihəsi uyğun gələrsə, bu şəxslərə də amnistiya aktının şamil edilməsi gözlənilir. “Ümid edirəm ki, bir çox məhbuslara bu amnistiya aktı şamil ediləcək. Və onlar bu gözəl bahar ayını ailələrində keçirə biləcəklər”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26