"Yuventus" heyətinə yeni oyunçu cəlb edir.

"Unikal" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Sauthempton"dan Karlos Alkaras Turin klubuna keçəcək. Argentinalı yarımmüdafiəçi tibbi baxış üçün artıq Londona yollanıb. O, "Yuventus"da mövsümün sonuna qədər icarə əsasında oynayacaq.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm "Southempton"da 26 oyuna 4 qol vurub, 3 qol ötürməsi edib.