Türkiyənin “Fənərbağça” klubu futbolçusu Əmrə Moru icarəyə verib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək “Fatih Karagümrük”də çıxış edəcək.
Türkiyə millisinin üzvü bu mövsüm İstanbul nəhənginin heyətində 8 matçda meydanda olub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Fənərbağça” daha əvvəl portuqaliyalı futbolçusu Migel Kresponu icarə əsasında İspaniyanın “Rayo Valyekano” komandasına göndərib.