Argentina millisinin hücumçusu Lionel Messi “İnter Mayami” ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandaları arasında keçirilən yoldaşlıq oyununda ehtiyatda qalıb.
"Unikal" xəbər verir ki, 36 yaşlı cənubi amerikalı əvvəlcə matçın heyətinə daxil edilməyib, lakin oyun başlamamış Amerika klubunun məşqçilər korpusu Messini oyun üçün heyətə qatıb.
"Əl Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo isə yanvarda aldığı zədə səbəbindən bu oyunu buraxacaq.