Dünya futbolunda qış transfer pəncərəsinin indiyədək gerçəkləşən ən bahalı keçidləri açıqlanıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 10 futbolçunun yer aldığı siyahıya Braziliya millisinin sabiq üzvü Filippe Koutinyo başçılıq edir.
32 yaşlı yarımmüdafiəçi 2017-2018-ci illər mövsümündə İngiltərə “Liverpul”undan 135 milyon avro təzminat qarşılığında İspaniyanın “Barselona” komandasına keçib. Bu, hələlik dünya futbolunda ən bahalı qış transferidir.
Qış transfer dövrünün ən bahalı keçidləri
1.Felippe Koutinyo - “Barselona” (135 milyon avro)
2. Entso Fernandes – “Çelsi” (121 milyon avro)
3. Vircil Van Deyk – “Liverpul” (85 milyon avro)
4. Duşan Vlahoviç - "Yuventus" (84 milyon avro)
5. Mixail Mudrik – “Çelsi” (70 milyon avro)
6. Emerik Lyaport – “Mançester Siti” (65 milyon avro)
7. Brunu Fernandeş - "Mançester Yunayted" (65 milyon avro)
8. Kristian Pulişiç – “Çelsi” (64 milyon avro)
9. Pyer-Emerik Obameyanq – “Arsenal” (64 milyon avro)
10. Dieqo Kosta – “Atletiko” (Madrid) (60 milyon avro)