"Real Madrid"in sabiq hücumçusu Eden Hazard portuqaliyalı Kriştianu Ronaldonu özündən yaxşı hesab etmədiyini deyib.

"Unikal" xəbər verir ki, futbolçu yalnız Messini özündən üstün bilib: 

“Futbol istedadına görə hansı futbolçu məndən üstündür? Fərdi olaraq, Messi bəlkə də yeganədir. Kristiano məndən böyük oyunçudur. Amma təmiz futbol nöqteyi-nəzərindən onun daha yaxşı olduğunu düşünmürəm”, - deyə Hazard bildirib.