Fransada fermerlər Paris və Lionun girişində etiraz aksiyalarını davam etdirirlər.
"Unikal" xəbər verir ki, traktorçular Parisə gedən bir sıra yolları, xüsusən paytaxtı iri regional şəhərlərlə birləşdirən A1, A4 və A6 magistrallarını bağlayıblar.
Onlar hətta Eyfel qülləsi yaxınlığına ot bağlamaları yığıblar.
“Le Figaro” qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları çərşənbə günü Paris regionunun bir hissəsi olan Esonne departamentində 18 traktor sürücüsünü saxlayıblar. Polis onların nəqliyyatın "hərəkətinə mane" olduqlarını bildirib.
Bundan başqa, Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmaninin əmri ilə Esonne və Luara departamentlərinə əlavə zirehli maşınlar göndərilib.