İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah hədəflərinə zərbələr endirib.

"Unikal"  xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Livanın cənubunda yerləşən Blida və Meys əl-Cəbəl yaxınlığındakı mövqelər atəşə tutulub.
Ətraflı

Hücum döyüş təyyarələri və tanklar vasitəsilə həyata keçirilib.

İsrail ordusu hücumun cavab zərbələri olduğunu bildirib.