Futbol üzrə Türkiyə Superliqasında XXIV tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun mərkəzi oyununda "Beşiktaş" doğma meydanda "Trabzonspor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hər iki qolu meydan sahiblərinin gənc futbolçusu Semih Kılıçsoy vurub. Yarımmüdafiəçi 44 və 62-ci dəqiqələrdə fərqlənib.
Günün digər oyunlarında "Pendikspor" "Adana Demirspor"u, "Kasımpaşa" isə "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Beşiktaş" 39 xalla üçüncü, "Trabzonspor" isə 37 xalla dördüncüdür.