Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.
"Unikal" xəbər verir ki, XXI turun “Sumqayıt” – “Neftçi” görüşünü 8100 izləyici seyr edib.
10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023-2024-cü illər mövsümünün yeni rekordudur.
Bunadək rekord X turun “Turan Tovuz” - “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.